20 Aralık 2016 Salı

Bizim Kənd...
"Qaraqoyunlu ― 15-ci yüzilin başlanğıcında Ağ-Qoyunlularla qarşıdurmaları ilə İranda və Kiçik Asiyada onca qan tökmüş Qara-Qoyunlu soyundandırlar"

«Erməni Vilayəti»ndə köçəri Türk oymaqları və onların sayı (1829-1832)
Ivan Şopen

==========================================================
Fransız əsilli Rus tarixçisi, etnoqrafı və dövlət xadimi olmuş İvan Şopen, Qafqaz Canişini Qraf İvan Paskeviçin göstərişi ilə 1829−1832-ci illər arasında yenicə işğal edilmiş İrəvan və Naxçıvan xanlıqlarını tədqiq etmiş və yuxarıda adı çəkilən kitabı yazmışdır. “Erməni Vilayəti” deyilən yer, 1828-ci ildə işğaldan dərhal sonra Rusiyanın İrəvan və Naxçıvan xanlıqları ərazisində Ermənilər üçün yaratdığı ərazi vahidinin adıdır, daha sonra 1840-cı ildə bu vilayət ləğv edilmişdir. Müəllif “Tatarlar” olaraq biz Türkləri nəzərdə tutur, o zaman Rusiyada bütün Türklərə “Tatar xalqları” deyirdilər.


Qafqaz Canişinliyi Baş İdarəsində Qafqaz Statistika Komitəsinin 1873-cü illərə aid bilgilər ərasında 1879-cu ildə yayınladığı kitabdan alınmışdır.İrəvan quberniyasının İrəvan qəzasında müasir Qəmərli rayonu ərazisindəki Qaraqoyunlu kəndi. 1873-cü ildə 51 ailədə 199 kişi və 156 qadın olmaqla, toplam 355 nəfər "Tatar", yəni Azərbaycan Türkü yaşamışdır. Kənddə Məscid olub.
1869 cu il Rusiya atlasında "Karakoyunlu-Qaraqoyunlu" kendi
(Атлас_Российской_империи_1871_г.,_карта_Кавказского_края_1869_г.)
1880 ci il xəritəsində "Karakoyunlu-Qaraqoyunlu" kəndi
(Этнографическая_карта_Кавказского_края 1880_г.).


Hiç yorum yok:

Yorum Gönder