Bizim Kənd... "Qaraqoyunlu ― 15-ci yüzilin başlanğıcında Ağ-Qoyunlularla qarşıdurmaları ilə İranda və Kiçik Asiyada onca qan tökmüş Qara-Qoyunlu soyundandırlar"
«Erməni Vilayəti»ndə köçəri Türk oymaqları və onların sayı (1829-1832) Ivan Şopen ========================================================== Fransız əsilli Rus tarixçisi, etnoqrafı və dövlət xadimi olmuş İvan Şopen, Qafqaz Canişini Qraf İvan Paskeviçin göstərişi ilə 1829−1832-ci illər arasında yenicə işğal edilmiş İrəvan və Naxçıvan xanlıqlarını tədqiq etmiş və yuxarıda adı çəkilən kitabı yazmışdır. “Erməni Vilayəti” deyilən yer, 1828-ci ildə işğaldan dərhal sonra Rusiyanın İrəvan və Naxçıvan xanlıqları ərazisində Ermənilər üçün yaratdığı ərazi vahidinin adıdır, daha sonra 1840-cı ildə bu vilayət ləğv edilmişdir. Müəllif “Tatarlar” olaraq biz Türkləri nəzərdə tutur, o zaman Rusiyada bütün Türklərə “Tatar xalqları” deyirdilər. |