- Ahıstabad nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Canpaşalu, Qəzənfərlü, Qalalu, İbrahim Xəlifəlü,Kəsəmənli, Qılıçlu (Avşar), Molla Əhmədlü, Molla Hacılu, Pir Əhmədlü, Peyrəlü, Pir Aslan Xəlifə.
- Alpavud nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Eyyublu.
- Arasbar nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Qaradağlı Dizaq, Arab-i kiçik, Vəliyüddinlü.
- Bərdə mərkəz nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Arablı, Araniyan, Biçənək, Baharlu, Bolılu,Çiydəmlü, Dancırlu, Alıncalu, Kösəgir, Haqq Divanlu, Göləgir, Xızanlu, Hasan Abdallu, Qaradağlu,Qaramahilü, Küngənli, Oxçılu, Taylı Saralan, Taylı Yıvalan.
- Çiləberd nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Çölməkçi Qaradağlı, Kirlücəli.
- Dağıstansınır nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Qara Alpavud, İzzəddinlü, Biçək, Qara Musalu, Porsuqlu, Qavurqalu (Dulkadir), Qızıl Hacılu.
- Qarqar nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Əkinçi Urumlu (Rumlu), İncə Urumlu (Rumlu).
- Gəncə mərkəz nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Biçənək, Çoralu Qadılu, Dördlü, Hasanlu,Qəmərlü, Qəsəbəlü, Kəndibəglü, Şəmsəddinlü (Dulkadir).
- Xaçın nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Xocalı, Qadılu, Qalayçılar.
- Həkəri nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Sorluq, Mollacan, Hacı Vacardıki, Hacı Tirnəgerd.
- Həsənsuyı nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Dəliqaralı, Səcahaddinlü, Mikaillü, Şad Paşalu.
- İncərud nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Arasbar Bərgüşadlu, Dostulu, Əli Hasanbəglü,Molla Aslanlu, Molla Vələdlü.
- Qaraağac nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Xəlil Fəxrəddin.
- Kürəkbasan nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Çəgirlü, Qaraqoyunlu, Mahmudlu, Sarı Sabuncı, Çakırlu.
- Sir nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Tur Hasanlu, Daruğalu, Əkələnlü, İbrahimbəglü,Qaraqoyunlu, Qaraca Muğan, Qıtada, Qozanlu, Qaraağaclu.
- Şəmkir Arranı nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Avcılu (Şamlu), Qaraca Əmirlü, Axınçı, Molla Osmanlu, Yıvalı Qacarlı.
- Şütür nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Məmməd Tahlu.
- Tavus nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Qapanlu, Sablu.
- Vərəndə nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Hacı Nuri, Xəlil İzzəddinlü, Qoç Taylu,Rühüddinlü, Vərəndəli.
- Yevlaq nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Keçki.
- Zəyəm nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Qara Yaqublu, Paşalu, Oryatlu, Sarılu, Sarılu Süleyman, Tatarlar, Yürəgir.Cavanşirlər
Cəsurluğu ilə məşhur bir oğuz-türkmən eli idi. 1727-ci ilə aid qeydlərdə bəhsi keçən Cavanşir tayfası, Gəncə vilayətində pərakəndə olmuş oymaqlar halında yaşayırdı. Mərkəzi qəzaya bağlı Gəncəbasan və Şəmkirbasan nahiyələri, Xalxa ilə Bərdənin Dizaq, Keştək, Vərəndə, Bayat və Xaçın nahiyələrində qışlayan və İrəvan sərhədində yaylayan Cavanşir oymaqları vardı. Bunlardan Gəncəbasanda yaşayanlar, qəza yaylağında yaylayar və heyvandarlıqla məşuğl olarlardı. Şəmkirdə yaşayanlar da Şəmkir yaylaqlarında yaylayıb, Aranında qışlayardılar. Xalxada yaşayanlar, Dumaqlı kəndində qışlayar, Qazançıda yaylayardılar. Bərdədə yaşayanlar Sarı Məclisi ilə Şəmşir kəndlərini qışlaq olaraq qullanardılar. Cavanşirə bağlı oymaqlar bunlardır:
- Yağlavənd Oymağı: Bu oymaq eyni adı daşıyan dörd obaya ayrılmışdı. Obalar, Dizaqda Köndələnçay qırağında əkinçilik edər, Arasbar Sancağında Kür çayının qırağında Xanarxı, Oxçulu Təpə, Ağbayır, Kəlçi, Çoban, Bəyli, Kamalkənd Aral və Həbeeeeepörpüdə qışlayar, İrəvan sərhədində Kilsəligədik, Zilxaç, Pərixan, Yaxınlı və Güneydə yaylayardılar.
- Mafruzlu Oymağı: Bayatda Lətan arxının qırağında əkinçilik edər, İrəvanda yaylağa qalxardılar.
- İbadi Oymağı: Bayatda Üzərlik çayının qırağında əkinçilik edər, Əlibəy çayının qırağında Əli Fəxrəddinlidə qışlayar, İrəvanda Yıxılmışda yaylayardılar.
- Sofulu Oymağı: Xaçında Tərnəkirtdə əkinçilik edər, Mahur Dağının ətəyində qışlayar, İrəvanda Qızıltəpədə yaylayardılar.
- Dədəli Oymağı: Dizaqda Qurtaracağı, Köndələn çayının qırağında əkinçilik edər, Arasbarda Xanarxı qırağında qışlayar, İrəvan sərhədində Ayrıdərə və Sarıyarda yaylayardılar.
- Tamatlı Oymağı: Dizaqda Köndələn, Sofi Həsən və Arasbarda Soyuqaş və Sarıcan çaylarının qırağında əkinçilik edər, İrəvanda Yıxılmışda yaylağa qalxardılar.
- Gecəgözlü Oymağı: Yağlavənd Oymağının obalarından idi. İrəvnda Kəşəgündə yaylayar, Arasbarda Xanarxında qışlayar, Dizaqda Köndələn çayından ayrılan Çərəkən arxının qırağında əkinçilik edərdilər.
- Seyid Əhmədli Oymağı: Yağlavənd Oymağının obalarından idi. Dizaqda Köndələn çayının qırağında əkinçilik edər, Arasbarda Xanarxında qışlayar, İrəvan sərhədində Kilsəgədikdə yaylağa qalxardılar.
- Qarıbənd Oymağı: İki ayrı oba halında yaşardılar. Bir oba, Arasbarda Balağan və Qələmədə qışlayar, İrəvanda Yıxılmışda yaylayardı. Digər oba, Dizaqda Şahbad arxının qırağında əkinçilik edib, Yüzbaşıda qışlayıb, İrəvanda Zilxaç, Kilsəqayası və Ağtəpədə yaylağa qalxardılar.
- Köçərili Oymağı: Bu oymaq, eyni adı daşıyan üç obaya ayrılmışdı. Obalar, Dizaqda Lələli, Soyuqaş, Doqquzpərçim, Kəlli, Zəvicik, Quru və Çərəkən çaylarının qırağında və Tülyan, Çərəkən, Qaradağlı, Köndələn və Ərşə adlı qışlaqlarda əkinçilik edər, İrəvanda Börk və Yıxılmışda yaylayardılar. Oymağa bağlı obalardan biri Qarabağa tabe idi.
- Bəhmənli Oymağı: Ləmbəranda qışlayar, İrəvanda Yıxılmışda yaylayardılar.
- Dəmirli Oymağı: Arasbarda qışlayar və əkinçilik edər, Naxçıvanda Bazarçayda yaylağa qalxardılar.
- Seyid Məmmədli Oymağı: Arasbarda qışlayıb, Naxçıvanda Sisyanda yaylayardılar. Dizaqda Gülbar çayının qırağında əkinçilik edərdilər.
- Sabir Oymağı: Vərəndədə Qaraçuqda qışlayıb, İrəvanda Zilxaçda yaylayıb, Bayatda Həsənəkən çayı qırağında əkinçilik edərdilər.
- Göyəhməd Oymağı: Dizaqda Çərəkəndə qışlayar, İrəvanda Yıxılmışda yaylayardılar. Çərəkən, Xatunabad, Kiçik Daban çaylarının qırağında əkinçilik edərdilər.
- Şeyxbabalı Oymağı: Bayatda Qaraxan və Quttəpədə qışlayar, İrəvanda Qızıltəpə Yamacı və Axurkidə yaylağa qalxar, Keştəkdə Kələkiarx çayının qırağında əkinçilik edərdilər.
- Sarıcalı Oymağı: Qarabağ əhlindən olub, Xaçında Tərnəkirtdə qışlayar, Quşdaş/Torpaq Bulaqda yaylayar, Bayatda Doğalan və Zəliyan çaylarının qırağında əkinçilik edərdilər.
- Qaraburunlu Oymağı: Qarabağa tabe olan bu oymaq, Dizaqda Qızoğlunda əkinçilik edər, Şıpartu və Camalabadda qışlayar, İrəvanda Muxur və Börküdə yaylağa qalxardılar.
- Namlı Oymağı: Arasbarda Soyuqaş və Donqud kəndlərində qışlayar və əkinçilik edərdilər.
- Seyid Mahmudlu Oymağı: Arasbarda Çayırlı kəndində qışlayar və əkinçilik edərdilər.
- Molla Fazilli Oymağı: Arasbarda Qaşqa, İncili, Gəlinçi və Çobanbəyli kəndlərində qışlayar və əkinçilik edərdilər.
- Bundan başqa Tiflis vilayətinin Baydar nahiyəsində Cavanşir Pəhlivanlı adlı bir oymaq yaşamaqda idi.
Taife-i ulusât-i Yigirmidörtlü an sâkinân-i qəzâ-i Bərdə və qayrihu an havâss-i hümâyûn: Yasavullu, Pəyrə Mahmudlu, Alişarlu, Tubilü, Sarı Hacılu, Tüllü, Bəxtiyarlu, Dədəxəlillü, Toxacılu, Gökçəkli, Zənd, Varvan, Dərəbəglü, Kürəhmədlü, Seydi Zənk, Alpavud, Yürəki, Baxşayışlu.
Taife-i ulusât-i Otuzikili an sâkinân-i qəzâ-i Arasbâr və Qaraağac və Çelaberd və Bərdə və Şütür və gayrihu dər vilayət-i Gəncə: Atlucalu, Yayoxçu, Şirvanşahlu, Badar, Cancanlu, Cavanşir, Dögəri, Həsirlü, Hüseyinli, Müqəddəm, Silkəlü, Bay Əhmədlü, Buğdayözü, Qarğılu, Kumanlu (əski), Kumanlu (yeni), Maqsudlu Bəzirganlu, Maqsudlu Həmidlü, Sarı Hacılu, Üçoğlan, Kəpənəkçi, Laləbüklü, Molla Abdulcəlillü, Maqsudlu, Veysəllü, Molla Abdulməcidlü, Məmmədşahlu.
Taife-i ulusât-i Hacılar (Dulkadir) dər qəzâ-i Qaraağac: Alişarlu, Bukavullu, Canılu, Çıracılu, Davılu, Davudlu, Dəmürcilər, Tox Əli, Əmir Alyanlu, Əmir Hasanlu, Qazilü, Hindimallu, Xəlifəli, İsabəglü, İsmailqadilü, Qarasofılu, Kərəmiddinlü, Qoruqçılu, Qoyunlumahmud, Qulmahmudlu, Gürələr, Mirhanilü, Səməlü, Söklü, Törəli, Səməlü-yi Artuç.
Taife-i Qacar: Qaraca Sevgülən, Qaytaq, Qolsuzlu, Ağcaqoyunlu, Əylənlü, Gəngəldilü, Şam Bayadı, Yıva Qacar.
Taife-i Qaramanlı: Rüstəmbəglü, Qaramanlu, Xəlifəlü, Türkmanân-i Qaramanlı.
26 Ocak 2015 Pazartesi
Gəncə bölgəsində 1593-cü ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfalarımız:
Kaydol:
Kayıtlar (Atom)