İsgəndər Mirzə və Şahrux Mirzə
"İsgəndər Mirzə və Şahrux Mirzə qarşı qarşıya düzüldülər.Aslan kütləsinin hayhuy səslərinin tükürpərdici fırtınası,toprağı yerindən oynadırdı..
Şahrux Mirzənin cinahlarında İbrahim Sultan,Rüstəm Mirzə və İbrahim Caku..
İsgəndə Qaraqoyunlunun cinahında isə İsfəndiyar Mirzə,Bayram Bəy,Şahsuvar Bəy,Sərkan və Qorkan Alpaqut vardır..İki tərəf savaşa başladı və iki tərəf də dəhşətli şücaət göstərdi..Qaraqoyunluların sol cinahının uduzub dağıldığını görən İsgəndər Mirzənin öfgəsi artmağa və içi yanmağa başladı.Kükrəyən əsgərlərin və yay qurşanmış piyadaların qoruduğu Şahrux Mirzənin ordu mərkəzinə hücum etdi.İsgəndərin hucum etdiyi cinahda cağatay serdarlarından Mirza Baysunqur,Emirşah Məlik və Şeyx Lokman yer alırdı.Və bunlar hamısı öldürüldü..İsgəndər Mirzə çox sayıda insan əsir və dustaq etdi.Cağataylardan çox zadələr Türkmanların nizələrinə minərkən,bəzisi qaçdı,bəzisi iplərlə bağlandı.(Qaraqoyunlular ) Hətta filləri də ələ keçirdilər..(İsgəndərin adamları) savaş alanını işğal edən atları ilə, (Çağatay) qadınlarının durduqları yerə Şahrux Mirzənin önçü ordusunun arxasına qədər gəlidilər.Türkmanlar onların bir çoxunu əsir edilər...
Yalnız cağatayların inadçı müqaviməti,Türkmanların sayının az olması,onların döyüş meyadınını tərk etməyə məcbur edir.."
________________________
"Kitabi-Diyarbəkiriyyə"
Tehrahi.
24 Aralık 2015 Perşembe
21 Aralık 2015 Pazartesi
Sultan Alparslanın sözləri..
Sultan Alparslan dedi: "Mənim düşmənim sən deyilsənsə, bəs nə üçün mənim
düşmənimi işə götürürsən? " Ərdüm dedi:"O kimdir?" Sultan dedi: "Dəbir
götürdüyün abəli dehxuda." Dedi: "O kim olur-olsun, gedin o kiĢini buraya
gətirin." Dərhal gətirdilər. Sultan dedi:"Ay kişi sən deyirsən ki, Bağdad xəlifəsi
haqq deyil? Sən rafızisən201". Kişi dedi:"Mən şiəyəm." Sultan dedi: "Ay oğraş, şiə
məzhəbi məgər yaxşıdır ki, sən onunla batinilər məzhəbinin üstünü basdırasan, bu
pisdir, o daha pisdir." Əmr etdi, çavuşlar onu döyüb, yarımcan halda saraydan
bayıra saldılar. Sonra üzünü türklərə çevirib dedi: "Günah bu kişiciyəzdə deyil,
günah Ərdümdədir ki, bu kafiri işə götürmüşdür. Mən dəfələrlə demişəm ki, biz
burada biganəyik, bu vilayəti zorla almışıq. Biz hamımız pakizə müsəlmanlarıq, bu
bağdadlılar isə bədməzhəb və deyləmilərin tərəfdarıdırlar. Bu gün allah-taala
Türkləri ona görə belə hörmətli etmişdir ki, onlar təmis müsəlmanlardır, bidət və natəmiz işlərlə məşğul olmurlar".
________________________________
Əbu Əli Həsən ibn Əli Xacə
Nizamülmülk
SİYASƏTNAMƏ
düşmənimi işə götürürsən? " Ərdüm dedi:"O kimdir?" Sultan dedi: "Dəbir
götürdüyün abəli dehxuda." Dedi: "O kim olur-olsun, gedin o kiĢini buraya
gətirin." Dərhal gətirdilər. Sultan dedi:"Ay kişi sən deyirsən ki, Bağdad xəlifəsi
haqq deyil? Sən rafızisən201". Kişi dedi:"Mən şiəyəm." Sultan dedi: "Ay oğraş, şiə
məzhəbi məgər yaxşıdır ki, sən onunla batinilər məzhəbinin üstünü basdırasan, bu
pisdir, o daha pisdir." Əmr etdi, çavuşlar onu döyüb, yarımcan halda saraydan
bayıra saldılar. Sonra üzünü türklərə çevirib dedi: "Günah bu kişiciyəzdə deyil,
günah Ərdümdədir ki, bu kafiri işə götürmüşdür. Mən dəfələrlə demişəm ki, biz
burada biganəyik, bu vilayəti zorla almışıq. Biz hamımız pakizə müsəlmanlarıq, bu
bağdadlılar isə bədməzhəb və deyləmilərin tərəfdarıdırlar. Bu gün allah-taala
Türkləri ona görə belə hörmətli etmişdir ki, onlar təmis müsəlmanlardır, bidət və natəmiz işlərlə məşğul olmurlar".
________________________________
Əbu Əli Həsən ibn Əli Xacə
Nizamülmülk
SİYASƏTNAMƏ
20 Aralık 2015 Pazar
Əlişir Nəvai Türklə-farsın fərqi
"Türk farsdan daha kəskin zəkalı,daha anlayışlı,daha saf,daha çox yaradıcıdır.
fars isə elmdə və cəhd göstərməklə əldə edilən bir mənada daha yüksək və dərin görünür.Bu hal Türklərin doğru,dürüst,təmiz niyyətli,farsların da elm və hikmətindən bəlli olur.Lakin Türk və fars dilləri arasında qüsursuzluq və ya nöqsan baxımından çox böyük fərqlər vardır.Söz və ibarədə,sözlərin məna və qavramında Türk farsdan üstündür.Türkün öz dilində elə incəliklər,gözəlliklər,sənətkarlıqlar vardır ki,inşallah yeri gəldikcə göstəriləcəkdir..." "...Türkün farsdan daha üstün,daha qabiliyyətli,daha aydın və parlaq olduğunun bundan qüvvətli sübutu olarmı:Bu iki millətin gəncləri,qoca,böyükləri,kiçikləri arasında yaxınlıq eyni dərəcədədir.Alış-verişləri,işləri,gücləri,həyat tərzləri,oturub-durmaları bir-birlərindən heç fərqli deyildir.Eyni həyat şəraitində yaşarlar...Belə olduğu halda Türklərin hamısı fars dilini yaxşı öyrənir və danışır,ancaq farsların heç biri Türkcə danışmaz.Yüzdə,bəlkə mində biri Türk dilində öyrənir və danışarsa da,onun Türk olmadığı elə ilk sözündən məlum olur...Türkün farsdan qabiliyyətli olduğuna bundan daha qüvvətli sübut olmaz və heç bir fars bunun əksini iddia edə bilməz..." "...fars dili yüksək və dərin mövzuları anlatmaqda gücsüzdür.Çünki Türk dilinin yaranışında və mövzularında çox incəlik,özünəməxsusluq vardır.İncə fərqlər,ən yüksək mənalar üçün belə sözlər yaradılmışdır ki,elmli adamlar tərəfindən açıqlanmazsa,asan anlaşıla bilməz" Onlardan bəziləri budur: (Əlişir Nəvai burada düz 100 nümunə verir). "...fars dilində bu yüz sözün incəliklərini,mənalarını ifadə edəcək sözlər yoxdur.Bu mənaları anlatmaq istəsələr uzun-uzun cümlələr yazarlar ki,o da ancaq ərəb sözlərindən istifadə ilə mümkündür..." İndi bunlara aid misallar verək: (Nəvai misallarını beytlərlə verir.Biz bir hissəsini verməklə kifayətlənəcəyik.) fars dilində qarşılığı olmayan sözlər: Sıpqırmaq:içkini qətrə-qətrə süzüb soraraq içmək.(Bu cür içmək nəzakət qaydası sayılırdı ). Tamsımaq:içkini birdən-birə içməyib dadını duya-duya,udum-udum içmək. Ağlamaq (yığlamaq):müxtəlif cür olur.farslar bir sözlə deyirlər.Amma Türk dilində bunlar da vardır: Ağlamsınmaq:ağlayırmış kimi olmaq. İnləmək,sızlamaq:için-için,gizli-gizli,yavaş-yavaş ağlamaq deməkdir.Bu iki söz arasında fərq azdır. Sıtqamaq:güclü ağlamaq,çox ağlamaq. Hıçqırmaq:yavaş səslə ağlamaq. Türkcədəki çaxın (şimşək) və ildırım sözləri farscada yoxdur.Bunları ərəb dilindən aldıqları bərq və saiqə sözləri ilə əvəz etmişlər. Türklər böyük qardaşa ağa,kiçik qardaşa ini deyirlər.farslar hər iki halda bəradər sözünü işlədirlər. Fars ördəyin bütün növlərinə mürğab deyir.Türklər isə bu heyvanın erkəyinə sona,dişisinə yaşılbaş deyirlər.Fərqli olan növlərinə çörkə,almabaş,maviqanad,dəmirqanad,alapəkə,bağçal. ..kimi adlar verirlər ki,farslar bunların heç birini bilməz,hamısına mürğab deyərlər..." Nəvai yenə çox misallar verir və sonra belə deyir: "...Türkün biliksiz və zavallı gəncləri gözəl sanaraq farsca şerlər söyləməyə çalışırlar.Yaxşı və dərin düşünsələr,Türk dilində bu qədər ənginliklər,incəliklər,dərinliklər və zənginliklər olduğu halda bu dildə şer söyləməyin və sənətkarlıq nümayiş etdirməyin daha yaxşı,şerlərin daha çox bəyəniləcəyini anlarlar..."________________________________________
"Mühakəmət-ül Lüğəteyn"--Əlişir Nəvai
Kaydol:
Kayıtlar (Atom)