8 Aralık 2014 Pazartesi

Varsaqlar
I Şah İsmayıl dövrü (1501 – 1524)
Bilindiyi kimi Varsaq, Tarsus bölgəsindəki Türkmən oymaqlarının adıdır. Şeyx Cüneydin Varsaqlar arasında dolaşıb onlardan bir çoxunu özünə bağladığını bilirik. Beləcə Varsaqların bir qismi Səfəvilərin siyasi fəaliyyətlərinə qatılmışlar və dövlətin quruluşunda rol oynamışlar. Kəmax qalası sərkərdəsi Yusuf Bəy və müavini Məhəmməd Bəy ilə əsgərlərinin Varsaqlardan olduğunu görmüşdük. Səfəvi xidmətinə girmiş olan Varsaqların çoxu xassə əsgəri olan qorucular arasına daxil edilmişdilər. Şah İsmayıl, Səlimin İrandan qayıtdığını bildirmək üzrə Xorasana qorucu Varsaq Qara Üveysi göndərmişdi. Qanuni dövründə də Tarsus və Adana bölgəsindən bir çox Varsaq oymaqlarının Qızılbaşlığı qəbul edərək İrana getdikləri, Osmanlı təhrir dəftərlərində qırmızı mürəkkəb ilə qeyd edilmişdir. İsmayılın xələfi olan Təhmasibin dövründə Varsaqlardan Qasım Xəlifə ilə Mustafa Bəyi tanıyırıq. Varsaqların özlərinə məxsus şeir və türküləri vardı ki, buna varsağı deyilməkdədir. Varsağılar Səfəvi sarayında və Qızılbaş bəyləri arasında zövqlə dinlənilən şeir və türkülərdən biri idi. Bu varsağıların İstanbulda da tanınması və hətta IV Muradın varsağılar söyləməsi, bunların İranda rəğbət görmüş olmasından irəli gəlmiş ola bilər. Çünki, Çuxurova bölgəsində özlərini ziyarət etdiyim Varsaqlar, varsağılar bilmədiklərini söylədilər.
I Şah Təhmasib dövrü (1524 – 1576)
Varsaqların başında hicri 962-ci (1554-1555) ilə qədər yenə Mustafa Bəyi görürük. Mustafa Bəyin oğlu Şuca Bəy hicri 972-də (1564-1565) Xorasanda dirlik sahibi idi. Bundan başqa qorucular arasında Varsaqların da bulunduğunu bilirik.
Faruk Sümer — «Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü»
© ATB ― Azərbaycan Türkçülər Birliyi

Hiç yorum yok:

Yorum Gönder