16 Ocak 2015 Cuma

Türkman


Türkman sözü haqqında tarixin çox yerində müxtəlif yozumlarda gözə çarpmışdır.İlk dəfə Türkman sözünün V.V. Bartold F.Xirtin verdiyi mə"lumatlara istinad edər
ək Türkman ifadəsinin hələ VIII əsr Çin ensiklopediyası "Tundyan"da "Teqoman" formasmda işləndiyni göstərmişdir ayrıca Xəzər Xaqan Yusifin mektubunda da deyir ki "Torqomanın(Türkman) 10 oğlu var Uyğur,Dursu,Avar,Oğuz, Basili,Torniak,Xəzər,Saqar,Bulqar,Sabirdir.Torqomah formasında işledilmişdir.
Tavarixi-Ali-Səlcuqi də rast gəlirik : "Oğuz kimi bütün bu qövmlərə Türkman deyərlər ve Qıçaq ve Qılıç ve Qanlı ve Qarluq dahı qabìleler ki Türkmanlara mensubdurlar"
İbn Xaldunda yahudi dininə mənsub olan öz əsərində "Xəzərləri Türkməndir" demişdi.Göründüyü kimi Türkmanlıq dinlə bağlı yox Türk soyundan gelenlerle əlaqəli idi və Xəzər Xaqanı da ,Yazıcıoğlu Əli də biləşdirici biçimdə Türkün ilkin adı kimi göstərir.
Mahmud Qaşqarlıda bir çox yerdə "Türkmanan-ül-Quziyye","Türkmanani-Quziyye" Oğuzla Türkmanı bir yerde adlarını çəkmiş və kökümüzü iki yerdə islamdan öncəyə aid etmişdir..
Türkmanlar-Türkmənlər

Birinci yerdə e.ə IV əsirə aid etmiş Makedoniyli İsgender zamanında Xalacları Türkman adlandırmış..sözün anlamın "Tükmanənd-Türkəbenzər" deye açmışdır.
Digər yerdə isə demişdir ki "İslamdan öncə Çiğil,Yağma,Qarluq boylarına Türkman deyərdilər" deməsi İslam gəlmədən öncədə Türkman adının olmasını vurğulamışdır.
Tavarıxı -Ali-Səlcuqidə Oğuzların Türkmanlığı haqqında deyilir:
“Oġuz’uŋ oġlanlaruŋdan yigirmi dört boy peydā oldı ve şöyle mufassal yazıldı. Her biri bir ad ve lakaba maxsūs oldılar ve tamām Türkmanlar ki ‘Acem’de, ‘Arab’da, Rūm’da, Şām’da var dururlar, anlaruŋ nəslindən dururlar ve bu yigirmi dört boyuŋ oğlanlarındandur. Filcümle ol vaktin ki Oġuz kavmleri kəndü vilāyətlərindən Maveraünnəhr ve İrān iklimlərinə gəldilər ve təvālüd ve təvāsülleri bu iklimlərdə
oldı, bu yirlerüŋ suyı ve havāsı muktezāsınca tədric-ile şəkilleri Tacik şəklinə döndi və çün mutlaq Tacik(Fars) degüllerdi, Tacik(fars) kavmleri anlara Türkman didiler.”
Əbdülqazı Bahadurun "Şeceyeyi-Terakimə(Türkman Tarixi)" əsərində də deyilir:

"Maveraünnəhr'ə gedən Türkmanlara Tacik'ler(farslar) önce Türk deyərlerdi. Beş, altı nesil keçdi sonra yere suya çekti, sonra çenələri kısık ve gözleri büyük ve yüzleri küçük ve burunları büyük olmağa başladı. Türkman yurduna gelip oturan qövmlərdən əsir ve tacir Maveraünnəhre gəlməyə başladı. Onları görən Tacik'lər o Türklərə "Türk manənd" dəyip ad qoydular. Onun manası "Türk'e bənzər" demektir. Kara halk (avam tabakası) Türk manend diye söyləyəmədi ve Türkman dediler. "
“Oğuz eli öz yurdundan çıxıb Mavəraünnəhr Şəhərlərinə və İrana gələrək burada doğulub-böyüyəndə su və iqlim səbəbilə çöhrələri yavaş-yavaş taciklərinkinə(farslarənkinə) bənzədi. Onlar xalis tacik(fars) olmadıqları üçün taciklər(yəni farslar) onlara «Türkman», yəni «türk insani vəya türkə bənzəyən» dedilər. Ona görə də bu ad bütün oğuz boylarına verilmiş, onlar bu adla tanınmışlar» (Bax :Cami, ət-təvarix, Berezin nəşri, Peterburq, 1861, s. 26)
göründüyü kimi bir çox tarixi mənbələrdə "Türkman müsəlman-Oğuz" kimi işlənməyib..Burda iki şeyə diqqət verilməlidir birincisi Türkmanlar hələ əsər yazılan zaman qıyıq-gözlü deyillər və əsər yazanlarda bunun izahin bir çox yerdə veriblər digər məsələ isə biz hələ də yaylaq-qışlar həyatı yaşayan Türk kəsiminə Tərəkəmə/Türkman deyirik yeni "həyatını Türk kimi yaşayan""eski Türklərə bənzəyən" menasənda bu ifadə yalnız Türk kimi yaşayanlara aiddir..Adətən Qəsəbə-Şəhər Türklərinə Tərəkəmə deyilməzdir..Tərəkəmə-Türkmanlar ifadəsini Azərbaycanda əsla "müsəlman-Türk-İmanlı-türk "mənasında işlədilməz."Tərəkəmə" ərəbcədir "Türkmanlar" deməkdir.Bunun ən gözəl nümunəsi Əbdülqazi Bahadur verib:"Türkmanların bəyləri yanıma gələrək Türkmanlar haqqında əsər yazmağı xahiş elədilər məndə Şəcəreyi-Terakima adlı əsəri yazdım"..Terakima kimi oxuduğumuz kəlimə Azərbaycanda işlədilən "Tərəkəmə" Etrak isə ərəbcədi Türklər demədir.Əbdülqazı bu əsəri bitirdikdən sonra "Şəcəreyi-Türki" əsərini yazmağa başladısada bitirə bilmədi..
Əlişir Nəvai öz şeilərində
"Horasan dimegil Şiraz u Təbriz
Ki kılmış devrini kilkim şəkərrîz
Köngül vermiş sözümge Türk,can həm
Ni yalquz TÜRK bəlkim TÜRKMAN"
Türk ifadəsini Türkistan-Orta asiya üçün Türk alandırır Türkman ifadəsini isə "Azərbaycan türkləri" adlandırdığımız əslində isə Türkman olan Şiraz Təbrizə olan oymaqları nəzərdə tuturdu..Bunu biz Tehraninin "Kitabi Diyarbəkiriyyə" əsərində Oğuzun Yiva Boyundan olan Qara Yusif Türkmanın Osman Bayındurluya göndərdiyi müraciətdə deyir:
"Biz hər ikimiz Türkmanıq. Bundan sonra birbirimizə qarşı vuruşmamalıyıq, bundan artıq bir-birimizi əzməməliyik. Bizlərdən hər birımiz düşmənlərimiz olan Rum və Cığataylarla vuruşmalıyıq. Sənin Şam və Ruma hücum etməyin,mənim də Cığataylann üstünə getməyim daha məqsədəuyğundur" Göründüyü kimi, hələ о dövrdə Qaraqoyunlu və Ağqoyunıular özlərinin bir xalq (orijinalda məhz belədir "ma hər do merdom-e Torkmanim", yəni "biz hər ikimiz Türkman xalqıyıq" - R.Ş.) olduqlarını dərk edir və eyni zamanda özlərini onlardan şərqdə (Ciğataylar) və qərbdə (Osmanlılar) yaşayan Turk xalqlarmdan fərqləndirirlər Əlavə edək ki, Əbubəkr Tehrani də əsər boyu Qaraqoyunlu və Ağqoyunlulardan(Yiva-Bayandur) danışarkən "Türkman" sözündən istifadə edir,"Türk" sözünü isə əsasən Türkistan əhalisinə aid edir.Türküstandan gəlib böyükük edən ağalıq edən İranı-İraqı-Ərəbistanı-avropanı işğal edən Xaçlıarın ayağını bu torpaqdan kəsən biz olduğumuz üçün Bizə TÜRKMAN-Böyük Türk demələri normaldır.. Yuxarıda kı qeyd edilən qaynaqlar hamısı Türkman haqqında revayetlerdən götürülmüş və yazılmışdır..
Məhəmməd Füzulidə Türkman ifadəsini işlədərək İki Türkman tayfasinin Ağqoyunlu-Qaraqoyunlu savaşından üzününtü duymuş.Bu savaşları boş-lazımsız və də sərxoşlaın davası adlandırıraq belə dilə gətirir:
"Qaşınla gözlərindir hər tərəf, ya bir niza’ üzrə
Çəkibdirbir-birinə iki sərxоş türkman xəncər?"
Biz Türkmanlığın soyluluq olduğunu "Səçuqnamə"də Yuluq Osmanın varislərinə veridyi bu vəsiyətdən daha aydın görə bilərik : "Olmaya ki Oturaq olasınız bilin ki Bəylik Türkmanlıq və yörüklük edənə qalir" .Ağqoyunlu Yuluq Osman açıq aşkar Bəyliyin Türk kimi yaşayanlara əsil-Türklərə Yörüklərə-Türkmanlara qalacağını vəsiyyət edir.17 yüz il Şairi Qaracaoğlanda şeirində Türkmanlığın soy olmasın belə deyir:
"Saralıb da, tökülməyir xəzəlim,
Könül deyir, diyar-diyar gəzəlim.
Soyum Türkman, Türkman olsun gözəlim,
Ölür olsam o ellərdə öləyim"
Başqa yerdə Nemətullah Kişvəri Ağqoyunlu hökmdarı Sultan Yaqubun saray şairinin dilindən:
Kimdir ol Türki-Xütən demiş filanın sevdigi,
Bir qulağı həlqəlicə Türkmandır sevdigim…
Qızılbaş Türkmanlarının Şahi Ş.İ.Xətayinin şeirində özlərini Tacik-fars soyuna Bağlayan Şirvanşahların ərazisinin Təbrizə birləşdiriləsini Şirvanşahlar(əcəm) üçün qiyamət əlaməti olmağunu və eyni qiyamətidə Bağdad içindən qopan Türkmanlar tərəfindən ərəblərin başına gətirdiyini ərəblərin səsinin Türkmanlar tərəfindən kəsildiyini şeirində fəxrlə yazmişdir:
Şirvan xəlayiqi xamu Təbrizə daşına,
Mülki-Əcəm sоrar ki, qiyamət xaçan qоpar?
Yetdükcə tükənir ərəbün kuyi, məskəni,
Bağdad içində hər necə kim, Türkman qоpar...
İmadəddin Nəsimidə Türkman-ərəb-kürd kimliyini qarşı-qarşı qoyur. Burda özünü mükəmməl ərəbcə bilən bir insan olmasına baxmayar Türkmanlığı unutmadığı belə qeyd etmişdir.
Ərəb nitqi dutulmuşdur dilindən,
Səni kimdir deyən kim,TÜRKMANSAN?
digər bir yerdə
Ol dəxi yarısı su, yarısı dürt,
Bəxşişə TÜRKMANMI yeydir, yoxsa kürt!"
Göründüyü kimi şairlərimizin Şahlarimizin Bəylərimizin dilindən Türkman sözü əskik olmamşdır..
Ağqoyunlu-Qaraqoyunlularin Türkmanlığı (Bayandur-Yiva)
”QIZILBAŞLAR TARİXİ" əsərindədə TÜRKMAN TAYFALARI iki yere ayrılır Ağqoyunlu və Qaraqoyunlu.. QARAQOYUNLU TÜRKMAN TAYFALAR Ərciş ətrafında yaşayırdılar və onlara «Barani» də deyirlər.Qara Yusif ibn Qara Məhəmməd: Son dərəcə cəsur, mərd və güclü olmuşdur. Belə ki, Əmir Teymurla dəfələrlə vuruşmuşdu və Sultan Əhməd Cəlairlə birgə Ruma, oradan isə ġama getdi. Oranın (şamın) padşahı Məlik Əşrəf , ƏMİR Teymurun xoşuna gəlmək üçün hər ikisini həbs etdi. O vaxt onun bir oğlu oldu, adını Pirbudaq qoydular və Sultan Əhməd onu oğulluğa götürdü..." H. 624 (1226-27)-cü il hadisələri ibn-əl-Əsir əsərlərində «Ivaiyyə(Yİva) Türkman tayfa başçıları Xoy əhalisindən xərac aldıqdan sonra... Təbriz ətrafında ticarət karvanını qarət edib, onların çoxlu pul və parçalarını talam etmişdilər.Ərzrumdan qoyun alıb Təbrizə aparan tacirlərin qarşısını kəsib, 20 min başdan ibarət qoyunlarını almışdılar. Tacirlərdən qəsb olunmuş saysız-hesabsız qənimətlər içərisində çoxlu arşın malı var idi ki, bunların bir qismi hələ də açılmamış taylarda dururdu»

Qızılbaşların Türkmanlığı haqqında :
"Sultan [Heydər] bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub o
vaxtlarda dəbdə olan Türkman papağını on iki zolaqlı "Heydər papağı" ("tərəke-Heydəri") ilə əvəz etdi.Elə buna görə də, o şanşöhrətli adamlar "qızılbaş" ifadəsi ilə məşhur oldular"
"İSGƏNDƏR BƏY MÜNŞİ TÜRKMANın DÜNYANI BƏZƏYƏN ABBASIN TARİXİ
(Tarixe-aləmaraye-Abbasi)"
Şah Abbasın zamanında Oruc bəy Sultanəli bəy oğlu Bayatın əsərindən bizə gəlib çatan bilgidən görünür ki İranın sahibi tamamən Türkman Tayfalarının əlində idi.
"İndi bizdə bütün İran(Perisan) elində nəcabətli sayılan 32 ailə sülaləsi var ki, ölkədə böyük nüfuz sahibidir:
1.Ustaclı - ən əsas ailədir,
2.Şamlı - bu ailənin üzvləri həmişə vəzifədə olur,
3.Əfşarlar - bu ailədən olan üzvlər adətən ədliyyədə çalışır,
4.Türkmanlar - bu ailədən sərkərdələr və əsgərlər çıxır,
5.Bayatlar - ailələrin ən əsilidir, İspaniyadakı hersoqlar kimidir,
6.Təkəlilər - bu ailə də elədir,
7.Xarmandalı - markizlər kimidir,
8.Zülqədərli - hersoqlar kimidir və döyüşçü ailədir,
9.Qacarlar,10.Qaramanlı - bu ailələr də hersoqlar kimidir,
11.Bayburtlu, 12.İspirli,13 Oryatlar - bu ailələr qraflar kimidir,
14.Çavuşlu - hersoqlar kimi,
15.Asayişli, 16-Çəmiş-Kəzəkli, 17-Sarızolaqlı, 18-Qarabacaqlı, 19-Baharlı, 20-Kuyniorulu,21-Kırklı,22-Boşalı,23-Hacı Fəqihli,24-Həmzəli,25-Zolaqlı,26-Mahmudlu,27-Qaraçomaqlı,28-Qaraqoyunlu - qraflar kimidir,
29-Gözi-Bayızlı, 30-Peykli, 31-İnazlı və 32-Kuhgiluyəli - hersoqlar kimidir.
Bayatların Türkmanlığı haqqında:
«Şərqi-Hind» şirkətinin nümayəndəsi R.Edmondzun 1820-ci il xatirelerindən: «Saat 8.20-də Quruçaya çatdıq. Burada Bayat Türkmanlarının çadırları vardı. Əşirətin başçısı, bəzən «Qaraquş bəy» adlanan Həsən bəy gəlib məni yeməyə dəvət etdi. O, Xorasanda Böyük Bayat əşirətinin mövcudiyyətindən yaxşı xəbərdar idi. Lakin əşirət qollarının ilk dəfə olaraq nə vaxt Xorasanda bu (İraqa) ölkəyə gəldikləri tarixi müəyyənləşdirə bilmədilər"
Qacarların Türkmanlığı haqqında:
Qacarlarında Türkman soyundan gəlməsini "TARİXİ-CƏDİDİ-QÄRABAĞ-İRANDAN PƏNAH XANA YETƏN XƏBƏRLƏR" bölməsindən belə oxuyuruq: "Astarabad tərəfdən Türkman içindən Məhəmmədhəsən xan Qacar ki, Nadir şah zamanında əhli-üsyan hesab olunduğuna Türkman tayfalarına əmr olunmuşdu ki, onu ya qətlə yetirsinlər, ya məhbus hüzura yetirsinlər. Türkmaniyyə Heybəti-Nadiridən qorxub Məhəmmədhəsən xanı öz içlərindən xaric edirlər...
Nadır Şah Avşarın və ya avşarların Türkmanlığı.
Azərbaycanı Türkman Xaqanıarının məmləkəti sayıb Nadır Şah Avşar Osmanlı sultanı Mahmuda yazdığı məktubda bunu belə dilə gətirmişdir:
“Amma Sah İsmayılın yeritdiyi ixtilafcılıq siyasəti nəticəsində kecmis zamanlarda Turkman sultanlarına bağlı olmus Azərbaycan məmləkətlərindən bəziləri ali Osman dovllətinin tərkibinə kecmisdi” Nadır Şah Avşar Məktubun başqa yerində özünü Türkman elinin böyüyü də adlandırmasını: “Tanrının inayəti ilə biz humayun hokmüdarda Turkman elinin böyüyü və İran ilə Turkustan məmləkətlərinin sahibiyik.”
«Türkmanlardan törəmiş Avşarlar, Kürdüstanla qonşu olan və eyni adlı böyük duzlu gölün sahilində yerləşən Urmiya vilayətində məskundurlar. Hərçənd onlardan bir çoxu öz Türkman əcdadlarının qaba və yabanı xasiyyətindən bir şeylər saxlamışlarsa da, buna baxmayaraq bu vilayət hazırda bütün İranda ən alicənab, mərd və qonaqsevər yerlərdən biri sayılır. Avşarlar bir qədər qaraqabaqdırlar, son dərəcə cəsur və əla süvaridirlər. Əcdadları Türkmanlar kimi, onlar da adəti üzrə, inanılmaz bir çevikliklə davrandıqları cirit və nizə ilə silahlanır və bu silahla onlar doğrudan da istənilən süvari üçün qorxuludurlar.»
(Bax:İranın və Rusiyaya birləşdirilmiş İran vilayətlərinin ətraflı təsviri" 1829-cu il. Rusca ATB-Azərbaycan Türkçülər Birliyi)
Türkman sözün qədimliyi şüphəli deyil .Bu sözünün Böyük Türk Əsil Türk ulu Türk olmasını yerli və xarici mənbələrdə də görə bilərik.
Vambâry'e göre,Türkman kəliməsi “Türk” ile “man”dan yaranmışdır ve “Türklük”, Türkler demektir. Zira man türkçede toplayıcı isimleri əmələ getiren bir şəkilçidir.
J.Deny Türk dili grameri adlı meşhur eserinde, türkçedeki -men-man ekinin, kocaman,karaman, şişman,ataman azman v.b. sözlərində görüldüğü kimi, birləştiği kelimeye augmentatif (mübalâğa, ululuq, büyüklük, üstünlük) manası verdiğini tesbit ile, Türk ve -man’dan mürekkep Türkman tabirinin de koyu Türk, halis kan Türk (turc pur sang) manasına geldiği neticesine varmıştır... J.Deny’nin yaptığı izah Gy. Nimcth,Kıyasoğlu, V.M.norsky, Gy.Moravcsık taraflarından isabetli görülmüş, nihayet son yıllarda O.Prılsak tarafından tekrarlanmıştır.İ.Kafəsoğlu belə qənaətə gəlir ki,türkman terminini islamı qəbul etmiş oğuzlara şamil edilməsini qəbul etmək olmaz. Çünki qaynaqlarda oğuzlardan öncə islamı qəbul etmiş türk tayfalarında öz adını dəyişdirməsi haqqında qeydlər yoxdur. Onun fikrincə, 'türkman" sözü siyasi termin kimi IX əsrdən e"tibarən işlənilməyə başlamış və "əsil", "böyük türk" mə"nasını ifadə etmişdir. Mahmud Qaşğari yalnız oğuzlan deyil, hətta Qarluqların

özünü də "türkman" adlandırmışdır.Azərbaycan ədəbiyyatşünası, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. Filologiya elmləri doktoru Qəzənfər Paşayevdə Türkman sözünün menası haqqında bunları yazmışdır:

"Mən ömrümün 45 ilini İraq-Türkman yəni Azərbaycan folkloruna həsr elədim.Onlar özlərinidə Bizləridə TÜRKMAN adlandırır!! Türkman: Ulu-Türk ,Qədim-Türk,Əsil-Türk,Möhtəşəm-Türk ,bu mənadadır Türkman sözü.Bizdə Bir çox sözlər var ki,Orman,Qocaman,bunlar qədimliklə bağlıdır.Nəsimidə Xətayinində Türkmanla bağlı şeirləri var"
Prof. Hidayət Kamal Bayatlı Türkmanların dili haqqında danişarkə Türkmanlığın sahəsinin daha geniş olduğunu belə qeyd etmişdir: «İraq Türkmanlarının qonuşduğu ağız, türkcənin Azərbaycan ağzı sahəsi içinə girməkdədir. Azərbaycan ağzı dil coğrafiyası baxımından: Doğu Anadolu, Güney Qafqaziya, Qafqaz Azərbaycanı, İran Azərbaycanı, Kərkük Türkman və Suriya Türkman bölgələrini qapsar. Folklor dəgəri baxımından da Türkcənin çox zəngin və çeşitli məlzəməsini daşıyan yenədə Azərbaycan ağızlarıdır»

Oğuzların Yiva Boyundan olan Qaraqoyunluların Tək "Türkman" adı altında birləşdirmək cəhdinin nəticəsini sonralarda İsgəndər bəy Münsinin əsrində görürük Münşi Ağqoyunlu Tayfasını Türkman və onun ordusunu "Türkman ordusu" adlandırır..Qızılbaşlıq zamanı Türkmanlıq - Qızılbaşlıqla eyni anlamda işlədilib Şah Abbas zamanı İspaniyada Don Juan adıyla Tanınan Oruc Bəy Bayatin əsrində Türkmanlar haqqında bunları yazıb: "TÜRKMANLAR ÖLKƏSİ" nə İranın əyalətidir nə də onun Şəhərlərindən biridir .Buna görədə biz onlar haqqında danışanda əyalət kimi danışmırıq. Türkmanlar İranda hökm etmiş Xanədanların arasında böyük əhəmiyyətə malikdir.Çünki onlar ən igid xalqdır və də yetərincə çoxsaylıdırlar".Biz Türkman adı altında birləşmək cəhdini Nadır Şahda görürük...Nadır Şah özünü Türkman elinin böyüyü adlandırmaqla y

anaşı Osmanlınıda ,Baburlarıda Türkman sülaləsinin nümayəndələri kimi görmüş onlada yazdığı məktubda bunu dilə gətirmişdir..
"Amidi Türkmani-cins diyardur(Diyarbekir Türkman diyarıdır)Aşiq Çələbi «Məşairüş-şüəra. s. 458»
"Hala İranzəmin padişahıdır. Əsli taife-yi Qacariyədəndir.
Əcəm Türkmanlarındandır.
"Arif Hikmət. Təzkirətüş-şüəra. s. 47


















Neymetullah Kişveri
Yivalar-Bayandurlular-Qızılbaşlar-Avşarlar-Qacarlar Türkman soyundan gəldiklərini yaxşı biliblər.yuxarıda saydığım Xanədanlar indiki Azərbaycan dili dediyimiz Türkcədə danışıblar..İndiki Azərbaycan-Suriya-İraq-Guney Azərbaycan-Qaşqay-Xalac-Xorasan-İran Türkləri də indi Azərbaycan dili dediyimiz dilin ləhcələrində danişiblar burda yaşayan Türkləri "Vahid Türkman" adında birləşdirmişdirlər...
___________________________________
Hüseyn Türkman.

Hiç yorum yok:

Yorum Gönder