Sultan Alparslan dedi: "Mənim düşmənim sən deyilsənsə, bəs nə üçün mənim
düşmənimi işə götürürsən? " Ərdüm dedi:"O kimdir?" Sultan dedi: "Dəbir
götürdüyün abəli dehxuda." Dedi: "O kim olur-olsun, gedin o kiĢini buraya
gətirin." Dərhal gətirdilər. Sultan dedi:"Ay kişi sən deyirsən ki, Bağdad xəlifəsi
haqq deyil? Sən rafızisən201". Kişi dedi:"Mən şiəyəm." Sultan dedi: "Ay oğraş, şiə
məzhəbi məgər yaxşıdır ki, sən onunla batinilər məzhəbinin üstünü basdırasan, bu
pisdir, o daha pisdir." Əmr etdi, çavuşlar onu döyüb, yarımcan halda saraydan
bayıra saldılar. Sonra üzünü türklərə çevirib dedi: "Günah bu kişiciyəzdə deyil,
günah Ərdümdədir ki, bu kafiri işə götürmüşdür. Mən dəfələrlə demişəm ki, biz
burada biganəyik, bu vilayəti zorla almışıq. Biz hamımız pakizə müsəlmanlarıq, bu
bağdadlılar isə bədməzhəb və deyləmilərin tərəfdarıdırlar. Bu gün allah-taala
Türkləri ona görə belə hörmətli etmişdir ki, onlar təmis müsəlmanlardır, bidət və natəmiz işlərlə məşğul olmurlar".
________________________________
Əbu Əli Həsən ibn Əli Xacə
Nizamülmülk
SİYASƏTNAMƏ
Hiç yorum yok:
Yorum Gönder