"Türk farsdan daha kəskin zəkalı,daha anlayışlı,daha saf,daha çox yaradıcıdır.
fars isə elmdə və cəhd göstərməklə əldə edilən bir mənada daha yüksək və dərin görünür.Bu hal Türklərin doğru,dürüst,təmiz niyyətli,farsların da elm və hikmətindən bəlli olur.Lakin Türk və fars dilləri arasında qüsursuzluq və ya nöqsan baxımından çox böyük fərqlər vardır.Söz və ibarədə,sözlərin məna və qavramında Türk farsdan üstündür.Türkün öz dilində elə incəliklər,gözəlliklər,sənətkarlıqlar vardır ki,inşallah yeri gəldikcə göstəriləcəkdir..." "...Türkün farsdan daha üstün,daha qabiliyyətli,daha aydın və parlaq olduğunun bundan qüvvətli sübutu olarmı:Bu iki millətin gəncləri,qoca,böyükləri,kiçikləri arasında yaxınlıq eyni dərəcədədir.Alış-verişləri,işləri,gücləri,həyat tərzləri,oturub-durmaları bir-birlərindən heç fərqli deyildir.Eyni həyat şəraitində yaşarlar...Belə olduğu halda Türklərin hamısı fars dilini yaxşı öyrənir və danışır,ancaq farsların heç biri Türkcə danışmaz.Yüzdə,bəlkə mində biri Türk dilində öyrənir və danışarsa da,onun Türk olmadığı elə ilk sözündən məlum olur...Türkün farsdan qabiliyyətli olduğuna bundan daha qüvvətli sübut olmaz və heç bir fars bunun əksini iddia edə bilməz..." "...fars dili yüksək və dərin mövzuları anlatmaqda gücsüzdür.Çünki Türk dilinin yaranışında və mövzularında çox incəlik,özünəməxsusluq vardır.İncə fərqlər,ən yüksək mənalar üçün belə sözlər yaradılmışdır ki,elmli adamlar tərəfindən açıqlanmazsa,asan anlaşıla bilməz" Onlardan bəziləri budur: (Əlişir Nəvai burada düz 100 nümunə verir). "...fars dilində bu yüz sözün incəliklərini,mənalarını ifadə edəcək sözlər yoxdur.Bu mənaları anlatmaq istəsələr uzun-uzun cümlələr yazarlar ki,o da ancaq ərəb sözlərindən istifadə ilə mümkündür..." İndi bunlara aid misallar verək: (Nəvai misallarını beytlərlə verir.Biz bir hissəsini verməklə kifayətlənəcəyik.) fars dilində qarşılığı olmayan sözlər: Sıpqırmaq:içkini qətrə-qətrə süzüb soraraq içmək.(Bu cür içmək nəzakət qaydası sayılırdı ). Tamsımaq:içkini birdən-birə içməyib dadını duya-duya,udum-udum içmək. Ağlamaq (yığlamaq):müxtəlif cür olur.farslar bir sözlə deyirlər.Amma Türk dilində bunlar da vardır: Ağlamsınmaq:ağlayırmış kimi olmaq. İnləmək,sızlamaq:için-için,gizli-gizli,yavaş-yavaş ağlamaq deməkdir.Bu iki söz arasında fərq azdır. Sıtqamaq:güclü ağlamaq,çox ağlamaq. Hıçqırmaq:yavaş səslə ağlamaq. Türkcədəki çaxın (şimşək) və ildırım sözləri farscada yoxdur.Bunları ərəb dilindən aldıqları bərq və saiqə sözləri ilə əvəz etmişlər. Türklər böyük qardaşa ağa,kiçik qardaşa ini deyirlər.farslar hər iki halda bəradər sözünü işlədirlər. Fars ördəyin bütün növlərinə mürğab deyir.Türklər isə bu heyvanın erkəyinə sona,dişisinə yaşılbaş deyirlər.Fərqli olan növlərinə çörkə,almabaş,maviqanad,dəmirqanad,alapəkə,bağçal. ..kimi adlar verirlər ki,farslar bunların heç birini bilməz,hamısına mürğab deyərlər..." Nəvai yenə çox misallar verir və sonra belə deyir: "...Türkün biliksiz və zavallı gəncləri gözəl sanaraq farsca şerlər söyləməyə çalışırlar.Yaxşı və dərin düşünsələr,Türk dilində bu qədər ənginliklər,incəliklər,dərinliklər və zənginliklər olduğu halda bu dildə şer söyləməyin və sənətkarlıq nümayiş etdirməyin daha yaxşı,şerlərin daha çox bəyəniləcəyini anlarlar..."________________________________________
"Mühakəmət-ül Lüğəteyn"--Əlişir Nəvai
Hiç yorum yok:
Yorum Gönder