T ü r k m a n: bunlar oğuzdurlar.
Bunalara türkman deyilmə-sinin bir hekayəsi var. Həmin hekayə belədir: Zülqərneyn Səmərqənddən keçib türklərin ölkəsinə doğru yönəldiyi zaman türklərin xaqanı çoxlu qoşunu olan Şu adlı gənc bir adam idi. Balasağun yaxınlığındakı qalanı o, fəth et-miş və tikmişdi. Hər gün Balasağundakı sarayın qarşı-smda bəylər üçün üç yüz altmış növbət davulu vurulurdu. Xaqan Şuya Zülqərneynin yaxınlaşdığı xəbər verilmiş, «Əmriniz nədir, savaşaq, yoxsa yox? Nə buyurursunuz?» deyə soruşmuşlar. Xaqan Şu müşahidə aparmaq və Zül-qərneyni izləmək üçün Xocənd çayınm sahilinə qırx tarxanı göndərmişdi. Onlar gizli şəkildə getdikləri üçün ordunun bundan xəbəri yox idi. Buna görə də xaqanın ürəyi sakit idi. Xaqanın gümüşdən bir hovuzu var idi. Səfərə çıxanda onu da özü ilə birlikdə aparırdı. Hovuza su doldurulur, içində ördəklər, qazlar üzürdü. Xaqandan «nə deyirsiniz, hərb edəkmi?» deyə soruşduqları zaman o, «bu qazlara, ördəklərə baxın, necə suya dalırlar» demişdir. Bunu eşidənlər bu sözlərdən xaqanm savaşa hazırlaşma-dığını və buradan çəkilib getmək niyyətində olmadığmı zənn etmişlər. Zülqərneyn Xocənd çaymı keçir və müşa-hidəçilər gecə ikən gəlib Zülqərnenynin çayı keçdiyini xaqana xəbər verirlər. Xaqan dərhal davullar çaldıraraq şərqə doğru yola düşür. Xalq getmək üçün heç bir hazırlıq görməyən xaqanm qəfıldən getməsi üzündən ümidsizliyə düşür, ürküntü və qarışıqlıq yaşanır. Minik tapa bilənlər heyvanm üstünə atılıb xaqanın dalınca yollanırlar. Qarışıqlıqda çaşqınlıqla bir-birinin heyvanlarını alırlar. Səhər olunca ordugah düz bir ova halını alır. O zaman Taraz, İsficab, Balasağun kimi yerlər yox idi, bunlar sonradan salmmışdır. Həmin yerlərdə köçərilər yaşayırdılar. Xaqan ordusu ilə sovuşub gedəndən sonra orada çoluq-çocuğu ilə iyirmi iki nəfər qalmışdı. Bunlar gecə ikən heyvanlarını tapa bilmədikləri üçün gedə bilməmişdilər. Bunlar kitabın əvvəlində adlarmı çəkdiyim, damğalarını bəyan etdiyim adamlardır: « kınık», «salğur» və başqaları kimi. Bu iyirmi iki nəfər piyada çıxıb getmək, yoxsa orada qal-maq barədə danışanda daha iki nəfər gəlib çıxdı. Bunlar əşyalarını dallarına yükləmiş, ailələrini də yanlarına al-mışdılar. Ordunun izinə düşərək gedirdilər, çox yorulmuş və tərləmişdilər. Bu iyirmi iki nəfər yeni gələn iki adamla tanış olub danışdılar. Bu iyirmi iki adam dedi: «ey, siz ikiniz, Zülqərneyn adlı şəxs bir yolçudur, burada qalmaz, ötüb keçər, biz də öz yerimizdə qalarıq». İyirmi ikilər on-lara türkcə «kal aç», yəni «qalın, gözləyin» dedilər. Sonradan onlar «_ xalaç/xalac» adlandırılmışlar. Xalac-ların əsli belədir, onlar iki qəbilədir. Zülqərneyn gəlib onları saçlı və üstlərində türk nişanələri ilə görüncə, heç nə soruşmadan «türkmanənd» dedi, «türkə bənzər» deməkdir. Bu ad onlarda bu günə qədər qalmış-dır. Türkmənlər əslində iyirmi dörd boydur. Lakin iki boydan ibarət olan xalaclar bəzi xüsuslarda onlardan ay-rıldıqları üçün, onlan oğuz saymırlar. Əsli, doğrusu budur.
Xaqan Şu Çinə doğru keçib getdi, Zülqərneyn də onun dalınca düşdü.
Uyğurlara yaxın bir yerdə xaqan Şu Zülqərneynin üstünə bir bölük əsgər göndərdi. Zülqərneyn də əsgər göndərdi və Altun kan deyilən dağda vuruşma baş verdi. Hə-min dağ bu günü Altun xan adlanır. Bundan sonra Zülqərneyn xaqanla sülh bağladı və uyğur şəhərlərini bina etdi, bir müddət orada qaldı. Zülqərneyn çəkilib getdik-dən sonra xaqan— Şu gəldi, Balasağuna qədər irəlilədi, bir qala tikdirdi və ona öz adını verdi. Oraya bir tilsim qoydurdu. Leyləklər o şəhərin qarşısma qədər uçub gəlir, ancaq şəhəri qətiyyən keçib getmirlər. Tilsim bu günə qədər smmamışdır.
______________________
Divanü lüğat-it-türk
Hiç yorum yok:
Yorum Gönder